İran müharibəyə son qoymaq üçün nüvə mübahisəsini təxirə salmağı təklif edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
İran tərəfi ABŞ-yə münaqişəni həll etmək üçün yeni bir saziş variantı təklif edib.
Təklifə əsasən, ilk növbədə Hörmüz boğazı açılmalı və müharibə dayandırılmalıdır, İranın nüvə proqramı ilə bağlı danışıqlar isə daha sonrakı bir dövrə keçirilməlidir.
Bu təşəbbüsün pakistanlı vasitəçilər vasitəsilə ABŞ-yə çatdırıldığı bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






