İranın bitməyən anti-Azərbaycan siyasəti: “Tehran ölkəmizə dost kimi görünsə də,…”backend

İranın bitməyən anti-Azərbaycan siyasəti: “Tehran ölkəmizə dost kimi görünsə də,…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

10 Noyabr Bəyannaməsi və ümumilikdə danışıqlar prosesində İranın bir regional güc olaraq kənarda qalması bu dövləti ciddi şəkildə narahat edir”.

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Livanın “Əl-Manar” telekanalına müsahibəsində Azərbaycanın ötən ilin payızında Qarabağdakı müharibəyə “muzdluları və terrorçuları” cəlb etməsindən danışıb. Azərbaycan Xarici İşlər Nazirliyi isə Abdullahiyanın fikirlərinə cavab olaraq bildirib ki, anti-Azərbaycan kampaniyası İrana xeyir gətirməyəcək.

Mövzu ilə bağlı siyasi şərhçi Turan Rzayev İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, terrorçulara dəstək verən İranın ölkəmizə qarşı sərgilədiyi mövqe və xarici işlər nazirinin ittihamları sadəcə gülüncdür:

“Əslində İran və Azərbaycan arasındakı gərginlik ilk dəfə yaşanmır. Yaxın keçmişə nəzər salsaq, bir neçə dəfə xüsusilə İranın gərginliyi artırması, Azərbaycanın hava və dəniz sərhəddini qanunsuz şəkildə pozması faktlarını görə bilərik. İranın ölkəmizə qarşı mövqeyi heç vaxt birmənalı olmayıb. Bu dövlət bizə dost kimi görünsə də, ilk fürsətdə Azərbaycanın əleyhinə olan kampaniyalarda iştirak etməkdən çəkinməyib. Hətta 44 günlük müharibədə Rusiyadan Ermənistana aparılan 500 tona yaxın silah məhz İran üzərindən baş tutub. Azərbaycanın müharibədə qələbə qazanmasından sonra İranın daha çox gərginləşməsi müşahidə olunur. 10 Noyabr Bəyannaməsi və ümumilikdə danışıqlar prosesində İranın bir regional güc olaraq kənarda qalması bu dövləti ciddi şəkildə narahat edir. Halbuki İran əsassız yerə narahatlıq yaşayır. Bu fonda İran xarici işlər nazirinin səsləndirdiyi iddialar da tamamilə absurddur. Əgər İranın dedikləri doğru olsaydı, texnologiyanın inkişaf etdiyi indiki dövrdə bunu asanlıqla sübut edə bilərdi. Məsələn, Azərbaycan İran tırlarının Qarabağa qanunsuz silah-sursat və yanacaq göndərməsi ilə bağlı faktları açıq şəkildə göstərdi. Reallıq budur ki, İran yalançı iddialarla anti-Azərbaycan siyasətini davam etdirir. Bütün hallarda İranın bu siyasəti ona heç bir müsbət nəticə qazandırmayacaq”.

Gülşən