İraq ABŞ və Suriya prezidentlərinin həbsinə order verilməsi ilə bağlı xəbərləri təkzib edib.
İnterpress.az xəbər verir ki, bu barədə İraq mediası məlumat yayıb. Bildirilir ki, İraqın Ədliyyə Şurası ABŞ və Suriya prezidentlərinin həbsinə order verilməsi ilə bağlı xəbərləri təkzib edib.
Qeyd edək ki, bundan əvvəl qurumun Suriya və ABŞ prezidentləri, əl-Şara və Tramp, həmçinin amerikalı respublikaçı konqresmen Co Uilson üçün həbs orderləri verdiyi barədə internetdə xəbərləri yayılıb.
Şuranın rəsmi bəyanatında qeyd olunub ki, bu saxta sənədləri yayan şəxslər tezliklə qanun qarşısında cavab verəcəklər.
Xuraman Etibarlı
İnterpress.az