Tailandda 4 gün içki içən rusiyalı ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Tailanda istirahətə gedən Moskva sakini içki içsikdən sonra ölüb.
O, “alkoqol hər şey daxil” paketi ilə bir oteldə qeydiyyatdan keçib və qeydiyyat günündən bu seçimdən fəal şəkildə istifadə edib.
42 yaşlı Roman sevgilisi ilə birlikdə Phuketə gələrək Kamala çimərliyi yaxınlığındakı qonaq evinə daxil olub.
Qız çimərkən, ekskursiyalara və əyləncələrə gedərkən o, oteldə oturub içki içir və siqaret çəkirdi.
Dördüncü gün Roma özünü pis hiss edib. Qızın dediyinə görə, sifəti bozarıb və pis görünürdü.
O, yerli həkimlərin fırıldaqçı olduğunu deyərək təcili tibbi yardımdan imtina edib.
Daha sonra kişinin meyiti tualetdə tapılıb.
Xuraman Etibarlı
İnterpress.az