Dələduzluğun qurbanı olan tələbə intihar edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, dələduzlar tələbəni valideynlərinin əmanətlərini köçürməyə məcbur edərək intihara sürükləyiblər.
Sankt-Peterburqda 17 yaşlı tələbə fırıldaqçılara 500 min rubl köçürüb və aldadıldığını anlayanda intihar edib.
Dələduzlar yeniyetmənin şəxsi məlumatlarına giriş əldə edib və onu valideynlərinin əmanətlərini köçürməyə inandırıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Barnaulda iş üzrə təqsirləndirilən şəxsləri həbs ediblər.
Həbs edilən şəxslərdən biri Novosibirskdəki bankomatdan aldığı pulu çıxarıb və sonra kriptovalyuta ilə “naməlum şəxslərə” göndərib.
Məhkəmədə 3 nəfər cavab verəcək. Onlar təkcə dələduzluqda deyil, həm də intihara sürükləməkdə ittiham olunurlar.
Xuraman Etibarlı
İnterpress.az