İndoneziya prezidenti Putinin Rusiyaya dəvətini QƏBUL ETDİbackend

İndoneziya prezidenti Putinin Rusiyaya dəvətini QƏBUL ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndoneziya prezidenti Putinin Rusiyaya səfər dəvətini qəbul edib.

İnterpress.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.

Bildirilir ki, İndoneziya prezidenti Prabovo Subianto Rusiya prezidenti Vladimir Putinin Rusiyaya səfər dəvətini məmnuniyyətlə qəbul edib.

Çərşənbə axşamı İndoneziya prezidenti Cakartada işgüzar səfərdə olan Rusiya Təhlükəsizlik Şurasının katibini qəbul edib.

“Mən prezidentimizin mesajını çatdırdım. Burada ölkəmizə dəvət də var, məmnuniyyətlə qəbul edildi və düşünürəm ki, bunun davamı olacaq”, – Şoyqu deyib.

Xuraman Etibarlı

İnterpress.az