İraqda PKK-nın kəşfiyyat liderlərindən biri məhv edilib.
İnterpress.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Türkiyə kəşfiyyatının MİT-in İraqın şimalındakı Sincar şəhərində həyata keçirdiyi məqsədyönlü əməliyyat zamanı kürd hərbi-siyasi təşkilatı PKK-nın qondarma liderlərindən olan “Hevi” kod adlı Sadiyə Məhəmməd Əhməd öldürülüb.
O, adı çəkilən şəhərdə təşkilatın kəşfiyyat fəaliyyətinə rəhbərlik edirdi.
Xuraman Etibarlı
İnterpress.az