İraqda Türkiyə hərbçisi şəhid olubbackend

İraqda Türkiyə hərbçisi şəhid olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi “Pəncə-Kilid” antiterror əməliyyat zonasında Türkiyə hərbçisi Mehmet Meral şəhid olub.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

O, orduda müqavilə əsasında xidmət edirmiş.

Xatırladaq ki, ötən gün PKK terrorçularının hücumu nəticəsində 5 hərbçi şəhid olmuşdu, 2 nəfər yaralanmışdı.