İraqda yeraltı sular iqlim dəyişikliyi səbəbindən azalırbackend

İraqda yeraltı sular iqlim dəyişikliyi səbəbindən azalır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quraqlıq və səhralaşma təhlükəsi ilə üzləşən İraqda yeraltı sularda ciddi azalma olduğu bildirilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

İraqın Süleymaniyyə Yeraltı Sular İdarəsinin baş direktoru Abbas Əli Əhməd hər 10 ildən bir quraqlıqla üzləşildiyini və buna görə də suya ehtiyacın daha çox olduğunu söyləyib.

Quraqlıq səbəbiylə dünyada suyun payının azaldığına diqqət çəkən Əhməd deyib ki, su istehlakının artmasına baxmayaraq, qaynaqlar azalıb: “Qrunt sularında ciddi azalma var. İqlim dəyişikliyinin də buna böyük təsiri var. Bununla belə, Kürdüstan bölgəsində vəziyyət təhlükəli həddə çatmayıb”.

Süleymaniyyədə son iki ildə yağış miqdarında azalma olduğunu bildirən Əhməd, bu vəziyyətin yeraltı suların azalmasına səbəb olduğunu vurğulayıb: “Su istehlakı ilə bağlı siyasətimizi yenidən nəzərdən keçirməliyik. İctimaiyyəti maarifləndirmək və bu problemi idarə etmək üçün lazımi anlayış formalaşmalıdır”.