İrəvanda mitinq iştirakçıları arasında DAVA – Bıçaqlanan varbackend

İrəvanda mitinq iştirakçıları arasında DAVA – Bıçaqlanan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvanda mitinq zamanı bir iştirakçı digərini yaralayıb.

İnterpress.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə İstintaq Komitəsi  məlumat yayıb.

İrəvanda Müqəddəs Anna kilsəsinin həyətində mayın 30-da axşam saatlarında mitinq zamanı iştirakçılar arasında dava düşüb.

Mübahisə zamanı biri digərinin üzünə kəsici-deşici əşya ilə zərbələr endirib.

Şübhəli saxlanılıb, cinayət törətdiyi iddia edilən silah müsadirə edilib. Faktla bağlı cinayət işi başlanıb. Şahidlər dindirilib, ekspertizalar təyin edilib.

Xuraman Etibarlı

İnterpress.az