İrəvanda Paşinyana niyə “türkün agenti” deyirlər? – “Ermənilərin gözü açılıb”backend

İrəvanda Paşinyana niyə “türkün agenti” deyirlər? – “Ermənilərin gözü açılıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyana müxalifləri “türkün agenti” damğası vurub. Doğrudanmı, Paşinyanın xarici siyasətdə Türkiyə və Azərbaycana xüsusi meyli var, yoxsa bu ifadə xalqın nifrəti nəticəsində yaranıb?

Yenisabah.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli ermənilərin tarixən dövlət qurmaq qabiliyyətinə malik olmadığını və əsrlər boyu kilsə tərbiyəsi aldığını vurğulayıb:

“Kilsə də son əsrlərdə bədbəxt iddiası ilə imkanları tərs mütənasib olan bu xalqın beynini türkofobiya ilə doldurmaqla məşğul olub. Ermənilər nə zaman bu zəhərdən, bu buxovdan qurtulmaq istəsələr, dərhal xarici havadarlarının da göstərişi ilə saxta vətənpərvərlik, böyük Ermənistan, türk düşmənçiliyi meydana çıxır. Lakin bunun zərbəsi elə erməni xalqına dəyir.

Ermənistanın coğrafi mövqeyi elədir ki,Türkiyə və Azərbaycanla normal münasibətlər qurmasalar, nəinki formal müstəqilliklərini saxlamaq, minimal həyat tərzi qurmaq belə onlara çətin olacaq. Bunu anlayan, hərəkətə keçmək istəyən, zəif də olsa, bir siyasi elita formalaşıb. Bu siyasi elita alışılmışların əksinə həm Azərbaycanla, həm də Türkiyə ilə yeni səhifə açmaq istəyir, əlbəttə, əgər qaragüruhun və kilsənin müqavimətini qıra bilsə…”

Fəqani Məhərrəmli Paşinyanın türk dostu olmadığını bildirib:

“Paşinyana ölkəsində “Türk Nikol” deyirlər. Lakin Paşinyan Türkiyə, Azərbaycan dostu deyil. Sadəcə 44 günlük müharibə bəzi ermənilərin gözünü açmış kimi görünür. Nə qədərini bacaracaqlar onu zaman göstərəcək. Ermənilər nəhayət bir həqiqəti anlamalıdır: türk onların düşməni deyil,onların düşməni türkofobiyanı beyinlərinə yeritmiş “dostları”, “müttəfiqləridir”.

Ermənilər bu xəstə təfəkkürdən qurtulmalıdırlar. Amma bu o qədər də inandırıcı deyil. Türkofobiya onlarda metaztaz vermiş, iliyə işləmiş kimi görünür”.

Mehri QURBAN