İŞİD Suriyanın şimal-şərqindəki Deyr əz-Zorda Suriya əsgərlərinin olduğu avtobusa atəş açıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Terror təşkilatının hücumunda 23 Suriya əsgərinin şəhid olduğu bildirilib.
Hücum İŞİD-in bu ilin ən ölümcül hücumu kimi qiymətləndirilib.
Qeyd edək ki, son günlər İŞİD-in hücumlarının sayı artıb. İŞİD daha əvvəl Suriyanın şimal-şərqindən İraqın şimalına qədər 88 min kvadrat kilometr ərazini nəzarətə götürüb..
2019-cu ildə həyata keçirilən əməliyyatlar nəticəsində terror təşkilatı bölgədən təmizlənib, Birləşmiş Millətlər Təşkilatı İŞİD-in “daimi təhdid olaraq qalmağa davam etdiyi” xəbərdarlığını edir.