İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı Azərbaycanı dəstəkləyirbackend

İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı Azərbaycanı dəstəkləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin Sədri Sahibə Qafarova 27 sentyabr tarixində Ermənistan silahli qüvvələri tərəfindən cəbhə xəttində hərbi təxribatların törədilməsi ilə əlaqədar İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqına məktub göndərib.

Bu barədə İnterpress.az-a Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İƏTPİ həmin məktubu öz rəsmi saytında yerləşdirərək Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş təxribatları qətiyyətlə pisləyib və bütün üzv dövlətlərin Ermənistanın növbəti təcavüz aktı barədə məlumatlanması üçün şərait yaradıb.

Bununla yanaşı, İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqının Baş katibi Muhammed Xurayçi Niyass Azərbaycan Parlamentinin spikeri Sahibə Qafarovaya cavab məktubu göndərərək qurumun dəstəyini ifadə edib. Vurğulayıb ki, İƏTPİ müxtəlif konfranslarda qəbul etdiyi bütün qətnamələrində münaqişənin Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü çərçivəsində, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipinə istinadən ədalətli həllini həmişə dəstəkləyib.

Məktubda bildirilir ki, İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı Ermənistan Respublikasının Azərbaycana qarşı təcavüz və işğal siyasətini qətiyyətlə qınayır, işğalçılara qarşı Azərbaycan Respublikası ilə tam həmrəyliyini bəyan edir.

 

İnterpress.az