İslandiya qadın prezidentin ərinə necə müraciət edəcəyini müzakirə edir.
interpress.az xəbər verir ki, bu barədə İsveçin SVT telekanalı məlumat yayıb.
İslandiyanın səlahiyyətliləri və sakinləri ada respublikasının yeni rəhbəri, qadın prezident Halla Tomasdottirin tərəfdaşını necə adlandıracaqları ilə maraqlanıblar.
Ondan əvvəl, ölkənin bütün tarixində ən yüksək vəzifəni yalnız bir qadın – Vigdís Finnbogadóttir (1980-ci ildən 1996-cı ilə qədər prezident idi) tutmuşdu. O, seçilərkən boşandı və ona rəsmi müraciət etmək problemi o zaman yaranmadı.
Adətən kişi prezidentlərin arvadları üçün istifadə edilən “Birinci xanım” titulu yeni prezidentin tərəfdaşına şamil edilmir.
İctimai televiziya şirkəti RUV təklif olunan variantlara səsvermə ilə müsabiqə elan edib və küçədə olan insanlar arasında sorğu keçirib.
Süni intellektlə də məsləhətləşmələr aparılıb. Ancaq indiyə qədər heç bir məqbul variant tapılmayıb.
Xatırladaq ki, iyunun 2-də İslandiyada keçirilən prezident seçkilərində sahibkar Halla Tomasdottir 34,3% səs toplayaraq qalib gəlib.
Xuraman Etibarlı
İnterpress.az