İspaniyada banan qablarının içərisində gizlədilmiş 9,4 ton kokain aşkarlanıb ki, bu da ölkədə indiyədək ələ keçirilən ən böyük narkotik maddədir.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
İspaniya Polis Departamenti və Gömrük Mühafizə orqanlarının mətbuata verdiyi açıqlamada Kolumbiyadan gələn və Ekvadordan Algeciras limanına yüklənən banan qablarında 9 ton 436 kiloqram kokain olduğu bildirilib.
Bunun İspaniyada bu günə qədər ələ keçirilən ən böyük narkotik miqdarı olduğu məlumatını paylaşan səlahiyyətlilər, sözügedən narkotikin İspaniyadan Portuqaliyaya, oradan da Avropanın digər ölkələrinə daşındığını açıqlayıb.
Bananların arasında bir kiloluq paketlərdə saxlanılan narkotik maddənin qoyulduğu qabın üzərində 30-dan çox loqo olduğu və cinayət təşkilatlarının bu yolla narkotiki daha çox gizlətməyi hədəflədikləri bildirilib.
Ekvadorda yerləşən beynəlxalq ticarət şirkətində qeydiyyatdan keçmiş konteynerlərdə narkotik vasitələrin daşınmasının Avropanın ən böyük cinayət təşkilatlarından biri tərəfindən həyata keçirildiyini qeyd edən İspaniya polisi istintaqın davam etdiyini açıqlayıb.
Əməliyyatın davam etdiyi üçün saxlanılan və ya həbs edilənlərin sayı barədə məlumat verilməyib.