İspaniyanın şimal-şərqindəki Bask muxtar bölgəsində rekord dərəcədə 45,3 dərəcə Selsi hava istiliyi qeydə alınıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
İspaniyada bu yay dördüncü dəfə müşahidə edilən həddindən artıq isti dalğası ən çox Bask bölgəsində təsirli olub.
Meteorologiya Müdirliyinin məlumatlarına görə, Sodupe rayonunda qeydə alınan 45,3 dərəcə Selsi hava istiliyinin Bask bölgəsində indiyə qədər görülən ən yüksək hava istiliyi olduğu bildirilib.
Bask Ölkəsinin üç ən böyük bölgəsindən biri olan Alavada 44,6 dərəcəni görən hava istiliyinin Bilbao Hava Limanında 43,7 dərəcəyə qədər yüksəldiyi, sahil zolağında isə orta temperaturun 36 dərəcə ətrafında olduğu qeyd edilib.
İspaniyada həddindən artıq isti hava səbəbindən mülki müdafiə qruplarının qırmızı həyəcan vəziyyətində olduğu yeganə bölgə Bask muxtar ərazisidir.