İsrail İrana qarşı cavab tədbirləri görməkdən çəkindibackend

İsrail İrana qarşı cavab tədbirləri görməkdən çəkindi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ABŞ ilə danışıqlardan sonra İrana qarşı cavab tədbirləri görməkdən çəkindi.

İnterpress.az “The New York Times” qəzetinə istinadən xəbər verir ki, İranın son hücumuna cavab olaraq İsrail cavab zərbəsi endirməmək qərarına gəlib.

Bu qərar, İsrail Baş naziri Binyamin Netanyahu ilə ABŞ Prezidenti Co Bayden arasında telefon danışığından sonra qəbul edilib. Həmin danışıq zamanı Amerika lideri israilli həmkarını İranın hücumu nəticəsində minimal itki və zərəri nəzərə alaraq “qələbəni qəbul etməyə” inandırıb.

Buna baxmayaraq, CNN-in məlumatına görə, İsraildə Tehrana mümkün cavabın miqyası ilə bağlı müzakirələr davam edir.

Xuraman Etibarlı

İnterpress.az