İsrail Mahmud Abbasın Dəməşqə uçuşunu ƏNGƏLLƏDİbackend

İsrail Mahmud Abbasın Dəməşqə uçuşunu ƏNGƏLLƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Mahmud Abbasın Dəməşqə uçuşunu əngəlləyib.

İnterpress.az xəbər verir ki, bu barədə “Maariv” məlumat yayıb. Nəşr bildirir ki, İsrail Hərbi Hava Qüvvələri Fələstin Muxtariyyətinin lideri Abbasın Suriyaya planlaşdırılan səfərini pozaraq, onun ölkə üzərindən uçmasına icazə verməyib.

İsrail siyasi rəhbərliyinin qərarı ilə baş verən insident nəticəsində İordaniya təyyarəsinin Dəməşqə uça bilməməsi Əmmanla da diplomatik gərginliyə səbəb olub.

Abbasın İordaniyadan birbaşa təyyarə ilə Suriyaya getməyi planlaşdırdığı bildirilirdi.

Bununla belə, İsrail Suriya hava məkanına nəzarəti saxladığı üçün iordaniyalı pilotlar uçmaq üçün icazə istəmək məcburiyyətində qalıblar.

İsrail siyasi eşalonun göstərişi ilə bu tələbi rədd edərək uçuşa mane olub. Nəhayət, Fələstin Muxtariyyətinin sədri Dəməşqə təyyarə ilə deyil, avtomobillə getməyə məcbur olub.

Hazırda Suriya prezidenti əl-Şaraa ilə Abbas arasında mətbuata qapalı görüş keçirilir.

Xuraman Etibarlı

İnterpress.az