İsrail müdafiə nazirindən Ərdoğana XƏBƏRDARLIQ: “Suriya məsələsində qırmızı xəttimiz var” – VİDEObackend

İsrail müdafiə nazirindən Ərdoğana XƏBƏRDARLIQ: “Suriya məsələsində qırmızı xəttimiz var” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin müdafiə naziri Katz bildirib ki, Suriyanı bizə qarşı gücləndirməyə imkan verməyəcəyik.

İnterpress.аz xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

İsrailin müdafiə naziri İsrail Katz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana rəsmi və sərt xəbərdarlıq ünvanlayaraq, Təl-Əvivin Türkiyənin Suriyanı İsrailə qarşı gücləndirməsinə qətiyyən icazə verməyəcəyini bəyan edib.

Nazir hazırda iki ölkə arasında hər hansı birbaşa hərbi qarşıdurmanın olmadığını və İsrailin buna can atmadığını, lakin Ərdoğanın da oxşar ambisiyalardan uzaq durmasının vacibliyini qeyd edib.

O, “Bizim gücümüz özümüzdədir, bizi qorxuda bilməzlər” ifadələrini işlədib.

Katz həmçinin əlavə edib ki, regional təhdid rolunu oynayan “Müsəlman Qardaşları” təşkilatı təkcə İsrailə qarşı fəaliyyət göstərmir, həm də Misir Prezidenti Əbdülfəttah əs-Sisini və İordaniya Kralı II Abdullanı devirməyə çalışır.

Müdafiə naziri İsrailin İranın enerji obyektlərinə dağıdıcı zərbələr endirməyi çox istədiyini, lakin ABŞ-nin bu addımı bəyənmədiyini də rəsmən etiraf edib.

Onun sözlərinə görə, Ağ Ev rəsmi Tehranın qonşu ölkələrə hücum edərək qlobal miqyasda böyük enerji böhranına səbəb ola biləcəyindən ciddi narahatlıq keçirir.

Xuraman Etibarlı

İnterpress.аz