İsrail ordusu daha bir qaçqın düşərgəsini nəzarətə götürmək barədə əmr alıb.
İnterpress.аz xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
İsrail Müdafiə Nazirliyi ölkə ordusuna İordan çayının qərb sahilində daha bir fələstinli qaçqın düşərgəsini nəzarətə götürmək üçün hazırlıqlara başlamaq barədə rəsmi əmr verib.
Məlumata görə, yeni planlaşdırılan hərbi əməliyyat daha əvvəl Cenin, Tulkərm və Nur əş-Şəms qaçqın düşərgələrində həyata keçirilən irimiqyaslı müdaxilələrə bənzər ssenari üzrə icra olunacaq.
Müdafiə Nazirliyi rəsmi olaraq bildirib ki, bu cür əməliyyatların keçirilməsində əsas məqsəd bölgədəki silahlı qruplaşmaların infrastrukturunu tamamilə zərərsizləşdirmək və hərbi təhlükəsizliyi təmin etməkdir.
Xuraman Etibarlı
İnterpress.аz






