İşğal altında olan və blokada altında olan Qəzza zolağında Osmanlı dövründən qalan son tarixi hamam İsrail ordusunun hücumu nəticəsində dağıdılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Sosial mediada yayılan görüntülərdə Qəzza şəhərinin Köhnə şəhərinin Ez-Zeytun səmtində yerləşən və tikintisi eramızın 14-cü əsrinə aid olan tarixi Es-Semra Hamamı və ətrafdakı bir çox binanın tamamilə yıxıldığı görülüb.
Qəzza Bələdiyyəsinin sözçüsü Hüsnü Muhenna deyib ki, İsrail işğalçı qüvvələri Qəzzanın Köhnə Şəhərindən çəkildikdən sonra burada yerləşən qədim Es-Semra hamamının tamamilə dağıdıldığı ortaya çıxıb.
İsrailin Qəzzanın tarixinə və mirasına qarşı cinayət törətdiyini vurğulayan Muhenna, bu hücumun açıq şəkildə pozuntu olduğuna diqqət çəkib.