İsrail səfiri: “Biz sülh, firavanlıq və ümid dolu bir həyat qurmağa kömək etmək istərdik” – VİDEObackend

İsrail səfiri: “Biz sülh, firavanlıq və ümid dolu bir həyat qurmağa kömək etmək istərdik” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“44 günlük müharibənin başa çatmasının bir ilini qeyd etdiyimiz bu gündə günahsız kişilər, qadınlar və uşaqlar da daxil olmaqla döyüşlərin qurbanlarını yad edirik”.

Bu sözləri İsrailin Azərbaycandakı səfirliyinin paylaşdığı videomüraciətdə səfir Corc Dik deyib.

“Onların xatirəsini yad etmək üçün biz sülh, firavanlıq və ümid dolu bir həyat qurmağa kömək etmək istərdik. Bunun simvolu olaraq biz Gəncə uşaq evinə gəldik və onları istilik sistemi ilə təmin etdik ki, buradakı uşaqlar layiq olduqları parlaq gələcəyi qurmaq üçün daha yaxşı şəraitə malik olsunlar”, – deyə səfir bildirib.