İsrail Ukrayna səfirliyini açıq saxlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail səfiri Brodskiy Ukraynada “The Times of Israel” qəzetinə müsahibəsində bildirib.
Rusiyanın Ukraynanın paytaxtına böyük hücumu ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, İsrail Kiyevdəki səfirliyini bağlamayacaq.
“Hazırda biz həmişəki kimi işləyirik”, – səfir deyib.
ABŞ, İtaliya və İspaniya potensial böyük hava hücumuna işarə edən kəşfiyyat məlumatlarına görə bu gün Kiyevdəki səfirliklərini bağlayıblar.
Xuraman Etibarlı
İnterpress.az