İsraildə dini partiyalar hakim koalisiyanı TƏRK ETDİbackend

İsraildə dini partiyalar hakim koalisiyanı TƏRK ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsraildə dini partiyalar pravoslav əsgərlərin çağırılması ilə bağlı mübahisələrə görə hakim koalisiyanı tərk ediblər.

İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.

İsrailin hakim koalisiyası faktiki olaraq hərbi xidmətdən azad edilmiş pravoslav əsgərlərin hərbi xidmətə çağırılması ilə bağlı mübahisələrə görə növbəti dəfə böhranla üzləşib.

Qeyd olunur ki, iki ultra-pravoslav partiya hökuməti və koalisiyanı tərk etmək qərarını açıqlayıb.

“Aqudat Yisrael” partiyası üzvlərinin hökuməti tərk etdiyini açıqlayıb. Bundan əvvəl “Degel HaTorah” partiyası hökumətdən və koalisiyadan çıxdığını bəyan etmişdi.

Onlar birlikdə “Yahadut HaTorah” parlament blokunu yaradırlar və 120 yerlik parlamentdə ümumilikdə 7 yerə sahibdirlər.

Hakim koalisiyadan olan digər pravoslav partiyası “Sefarad Şas” (11 yer) hələ ki, hadisələri şərh etməyib. “Yahadut HaTorah” blokunun getməsi ilə o, koalisiyadakı yeganə pravoslav partiya olaraq qalır.

Ümumilikdə, hazırda koalisiya Knessetdəki 120 yerdən 67-nə nəzarət edir. Bütün pravoslav fraksiyaları çıxsa, parlament çoxluğunu itirəcək. Və bu, parlamentin buraxılmasına və yeni seçkilərin təyin edilməsinə səbəb ola bilər.

Ultra-dindar yəhudilər (pravoslavlar) İsrail əhalisinin təxminən 13,5%-ni (təxminən 10 milyon nəfər) təşkil edir. Bir qayda olaraq, onlar məcburi hərbi xidmət keçmir, işləmir, həyatlarını müqəddəs kitabları öyrənməyə və dua etməyə həsr edirlər.

Xuraman Etibarlı

İnterpress.az