İsrailin şimalında terror aktının qarşısı alınıb.
interpress.az xəbər verir ki, bu barədə “Newsru.co.il” məlumat yayıb.
İsraildə polis əməkdaşları ölkənin şimalında magistral yolda avtomobillərə qarşı törədilən terror aktının qarşısını alıblar.
Gecə saatlarda polis patrulları bir qrup yeniyetmənin şübhəli hərəkət etdiyini görüb. Maşını saxladıqdan sonra o, şübhəlilərə yaxınlaşıb və onların şüşələrə “molotov” qarışığı tökdüyünü görüb.
Bu gün yeniyetmələr həbs edilib və onlara qarşı ittiham irəli sürülüb.
İstintaq zamanı onların millətçilik zəminində terror aktı törətməyi planlaşdırdıqları müəyyən edilib. Həbs edilənlər yəhudilərə məxsus avtomobillərə qarşığı atmaq niyyətində olublar. Onlar həmçinin meşəni də yandırmağı planlaşdırıblar.
Xuraman Etibarlı
İnterpress.az