İsrailin hücumları öz vətəndaşlarının iqtisadiyyatına da zərbə vurdubackend

İsrailin hücumları öz vətəndaşlarının iqtisadiyyatına da zərbə vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təl-Əvivin Qəzza qətliamı öz vətəndaşlarını da vurub. İsrailin Qəzzaya hücumları israillilərin 20 faizinin gəlirini azaldıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Ölkənin demək olar ki, yarısı iqtisadi çətinliklər yaşamaqdan narahatdır. Təl-Əviv rəhbərliyi dünyanın gözü qarşısında Qəzzada qırğınlar törətməklə yanaşı, israilliləri də yoxsullaşdırır.

İsrail mərkəzli yardım təşkilatı Latet Qəzzaya hücumların İsrail iqtisadiyyatına mənfi təsirləri ilə bağlı hesabat dərc edib.

Məlumatlar hücumların İsrail xalqına vurduğu iqtisadi ziyanı ortaya qoyur.

Respondentlərin 20 faizi gəlirlərinin azaldığını bildirib

Hesabat iyul, sentyabr və noyabr aylarında 500 israilli ailə ilə aparılan müxtəlif sorğuların nəticələri əsasında hazırlanıb.

İştirakçıların yüzdə 20-si Qəzzaya hücumlar səbəbindən gəlirlərinin azaldığını bildirib.

Təxminən 45 faizi ciddi iqtisadi çətinliklərlə mübarizə aparmaqdan narahatdır.

Hesabata görə, ölkə daxilində qida çatışmazlığı yaşayan israilli ailələrin sayı artaraq 710 minə çatıb.

Əslində, ərzaq təhlükəsizliyi problemi bu ailələrin təxminən yarısı üçün ciddidir.

İsrailin Qəzzaya hücumlarının iqtisadiyyata mənfi təsirləri səbəbiylə İsraildəki yardım təşkilatları fəaliyyətlərini artırıb.

Hücumların ilk günündən bəri ehtiyacı olan israilli ailələrə 130 mindən çox yardım paketi paylanıb.