İsrailin Rusiyadakı səfiri oktyabr ayında missiyasını vaxtından əvvəl başa çatdıracaq.
İnterpress.az xəbər verir ki, bu barədə yəhudi dövlətinin diplomatik nümayəndəliyindən TASS-a bildiriblər.
Məlumata görə, İsrailin Rusiyadakı səfiri Qalperinin oktyabr ayında missiyasını vaxtından əvvəl başa çatdıracağı gözlənilir.
Bildirilir ki, yeni namizəd hələ müəyyən edilməyib.
Səfirlik aydınlaşdırıb ki, Qalperinin missiyasının başa çatması yeni təyinatla bağlıdır. O, İsrail Xarici İşlər Nazirliyinin Avropa Departamentinə rəhbərlik edəcək.
Qalperin 2024-cü ilin noyabrından İsrailin Rusiyadakı səfiri postunu tutur.
Xuraman Etibarlı
İnterpress.az