israilliləri qaçırmaq cəhdinin QARŞISI ALINDI – FOTObackend

israilliləri qaçırmaq cəhdinin QARŞISI ALINDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsraildə israilliləri qaçırmaq cəhdinin qarşısı alınıb.

interpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.

Baş Təhlükəsizlik Xidməti (Şin Bet), İsrail ordusu və polisi İordaniya vadisində İsrail vətəndaşlarının qaçırılması cəhdinin qarşısını alıb.

İki fələstinli saxlanılıb və onlar terror qruplaşması yaratmaqda, qanunsuz olaraq silah və sursat saxlamaqda, ordu personalına və İsrail vətəndaşlarına qarşı terror aksiyaları planlaşdırmaqda şübhəli bilinirlər.

Şübhəlilər qaçırılanları saxlamağı planlaşdırdıqları quyu qazıblar.

Saxlanılanlardan avtomatlar, partlayıcı qurğular, zirehlər və rabitə vasitələri müsadirə edilib.

Xuraman Etibarlı

İnterpress.az