“İstanbulda SOCAR-ın binasına basqın Türkiyə və Azərbaycan qardaşlığına qarşı təxribatdır” – Toğrul Allahverdilibackend

“İstanbulda SOCAR-ın binasına basqın Türkiyə və Azərbaycan qardaşlığına qarşı təxribatdır” – Toğrul Allahverdili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“BÜTÜN PLATFORMALARDA FƏLƏSTİNİ MÜDAFİƏ ETMƏYƏ DAVAM EDƏCƏYİK”

İnterpress.az xəbər verir ki, Qardaş Türkiyənin İzmir şəhərində “Qayıdış” Qərbi Azərbaycan İzmir Forumunda çıxış edən Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyi və Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili bütün dünyanın gözü qarşısında Qərbi Azərbaycanın mübarizəsindən, İsrailin Fələstində dinc insanlara qarşı vəhşilik və qətliamından danışıb.

Fələstini Qərbi Azərbaycandan ayırmadan müdafiə edən Allahverdili “biz, hər mühitdə haqsızlığa səssiz qalmayan, haqqın yanında olan bir cəmiyyətik. Dünən də, bu gün də, sabah da belə olacağıq” deyib.

“İstanbulda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) binasına basqın edilməsi anti-türk, Türkiyə və Azərbaycan qardaşlığına qarşı olan zehniyyətin hərəkətidir. Biz bütün beynəlxalq platformalarda Fələstini müdafiə edirik və bunu davam etdirəcəyik. Azərbaycan biziim Kəbəmiz, həm də Qüdsümüzdür. Biz Azərbaycana qarşı bu hörmətsizliyi və təxribatı heç vaxt qəbul edə bilmərik!
Əminik ki, dövlətimiz kiminsə aləti olan bu dağıdıcı ünsürlərin növbəti təxribatının qarşısını almaq üçün lazımi tədbirləri görəcəkdir”, – Toğrul Allahverdili bildirib.