İsti havada “əriməyən” DONDURMALAR: Sintetik desertlər barədə XƏBƏRDARLIQ – VİDEObackend

İsti havada “əriməyən” DONDURMALAR: Sintetik desertlər barədə XƏBƏRDARLIQ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də bir çox dondurma növləri tərkibindəki maddələr əhəmiyyətli dərəcədə dəyişdirildiyi üçün çətinliklə əriyir.

İnterpress.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

ABŞ-də istehsal edilən bir çox dondurma növlərinin əslində orqanizmə zərərli olan süni qida əlavələrindən ibarət olduğu məlum olub.

İstehsalçılar məhsulların isti havada əriməsinin qarşısını almaq üçün onların reseptini məqsədyönlü şəkildə dəyişdiriblər.

Məlum olub ki, yeni nəsil dondurmalar o dərəcədə sintetik tərkibə malikdir ki, onlar yüksək temperaturda belə demək olar ki, ərimirlər.

Mütəxəssislər bildirirlər ki, bu məhsulların tərkibində dondurma temperaturunu dəyişən çoxlu sayda dadlandırıcılar, bitki yağları, stabilizatorlar və normadan artıq hava qabarcıqları var.

Tərkibindəki bu cür kimyəvi qatqılara görə, yeni məhsullar qanunvericiliyə əsasən rəsmi olaraq dondurma adlandırıla bilməz.

Bu səbəbdən onlar mağazalarda “dondurulmuş süd deserti” (frozen dairy dessert) kimi markalanır.

ABŞ Qida və Dərman Administrasiyası (FDA) bu növ məhsulların qablaşdırılmasında rəsmi olaraq “dondurma” (ice cream) sözünün yazılmasını qadağan edib. Çünki dövlət standartlarına görə tərkibində süd yağının miqdarı 10 faizdən aşağı olan məhsullar yalnız dondurulmuş desert adlandırıla bilər.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu növ süni əlavələrlə zəngin olan soyuq qidaların müntəzəm qəbulu insanlarda maddələr mübadiləsinin pozulmasına, sürətli piylənməyə və həzm sistemi xəstəliklərinə yol açır.

Alıcılar bədənlərinin sağlamlığını qorumaq üçün hər zaman bu məhsulların tərkibini diqqətlə oxumağa çağırılır.

Xuraman Etibarlı

İnterpress.az