Beynəlxalq Konkisürmə İttifaqının Şurası rusiyalı fiqurlu konkisürən Veronika Jilinanın Azərbaycan milli komandasına keçidini rədd edib.
İnterpress.az xəbər verir ki, bu barədə TASS və Match TV məlumat yayıb. Beynəlxalq Konkisürmə İttifaqının (ISU) Şurası may ayında Azərbaycan pasportu alan rusiyalı fiqurlu konkisürən Veronika Jilinaya Azərbaycan idman vətəndaşlığı vermək imkanından məhrum edib.
İkiqat Olimpiya çempionu Yevgeni Plyuşenkonun himayədarı olan 17 yaşlı Jilina səhhətindəki problemlərə görə son iki mövsümdə demək olar ki, yarışa çıxmayıb.
May ayında Rusiya Fiqurlu Konkisürmə Federasiyasının (FFKKR) rəhbəri Anton Sixarulidze bildirib ki, Jilina Rusiya millisinin üzvü olduğu üçün “heç bir ölkəyə keçə bilməz”, lakin son iki mövsümdə niyə yarışlarda iştirak etmədiyi bəlli deyil.
Jilina daha sonra Azərbaycan pasportu aldığını bildirib. O, Azərbaycanı təmsil etməkdən məmnun olacağını, Rusiya millisinin üzvü olmadığını və transfer üçün icazə gözlədiyini bildirib.
RBK İSU və Azərbaycan Fiqurlu Konkisürmə Federasiyasına sorğu göndərib.
Jilina yeniyetmələr arasında Rusiya çempionatının gümüş mükafatçısıdır (2023) və yeniyetmələr arasında Rusiya Qran Prisinin finalını (2023) qazanıb.
Xuraman Etibarlı
İnterpress.az