İt yetişdirilən tikilidə 200-ə yaxın çixuaxua yanaraq TƏLƏF OLDUbackend

İt yetişdirilən tikilidə 200-ə yaxın çixuaxua yanaraq TƏLƏF OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nijni Novqorodda dəhşətli yanğında 200-ə yaxın çixuaxua cinsi olan it yanaraq ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Nijni Novqorod şəhərinin Voronixin küçəsində yerləşən fərdi yaşayış evlərinin birində dəhşətli yanğın hadisəsi qeydə alınıb.

Hadisə nəticəsində 200-ə yaxın çixuaxua cinsindən olan it yanaraq tələf olub.

Məlumata görə, yanğın evin həyətində yerləşən və xüsusi olaraq itlərin çoxaldılması üçün nəzərdə tutulmuş əlavə tikilidə baş verib.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik açıqlanmayıb.

Xuraman Etibarlı

İnterpress.az