İtaliya Vladimir Solovyovun baş nazir Meloniyə qarşı təhqirlərinə görə Rusiya səfirini XİN-ə çağırıb.
İnterpress.az xəbər verir ki, bu barədə İtaliyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
İtaliya hökuməti Rusiya teleaparıcısı Vladimir Solovyovun ölkənin Baş naziri Corca Meloni ünvanına işlətdiyi təhqiramiz ifadələrə kəskin reaksiya verib.
İtaliyanın Xarici İşlər naziri Antonio Tayani bildirib ki, bununla əlaqədar Rusiyanın Romadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.
Solovyov özünün “Polniy kontakt” verilişində italyanca nalayiq ifadələr işlədərək Melonini “tamamilə axmaq” və daha ağır sözlərlə təhqir edib.
O, rus dilində çıxışını davam etdirərək deyib:
“Meloni öz seçicilərinə xəyanət edən, seçki kampaniyasını tamamilə fərqli şüarlarla aparan faşist murdarıdır. Xəyanət onun ikinci adıdır: o, həmçinin əvvəllər sədaqət andı içdiyi ABŞ Prezidenti Trampa da xəyanət edib”.
Xuraman Etibarlı
İnterpress.az






