İtaliyada qatarın vurduğu 5 dəmiryolçu ölübbackend

İtaliyada qatarın vurduğu 5 dəmiryolçu ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyada Turin-Milan dəmir yolunda qatarın gecə saatlarında işləyən işçilərin üzərinə çırpılması nəticəsində 5 işçi ölüb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Qatar qəzaya uğrayıb. Hadisə nəticəsində 5 işçi həlak olub.

Qəza dəmiryolçuların 1 saylı platformada relslərin təmiri və yenilənməsi işlərinə başlayarkən baş verib və hadisə zamanı qatarın saatda 160 kilometr sürətlə hərəkət etdiyi müəyyən edilib.

Qəza ilə bağlı araşdırmaya başlayan İvrea Prokurorluğunun hadisənin necə baş verdiyini araşdırdığı və işçiləri vuran qatarın maşinistinin dindiriləcəyi açıqlanıb.

Qəzadan sonra işçiləri vuran qatarın hadisə yerinin araşdırılması üçün xəttdə saxlandığı, buna görə də Torino-Milan xəttində şəhərətrafı xidmətlərin dayandırıldığı paylaşılıb.

Bu arada İtaliya Dövlət Dəmir Yolu (RFI) şirkətindən verilən açıqlamada qəza zamanı qəzaya uğrayan qatarın kommersiya ekspedisiyasında olmadığı, texniki xidmət işçilərinin isə xarici podratçı şirkətin işçiləri olduğu bildirilib.

Baş nazirin müavini, nəqliyyat və infrastruktur naziri Matteo Salvini verdiyi yazılı açıqlamada qəzanı dəhşətli faciə kimi qiymətləndirib və həlak olan işçilərin yaxınlarına başsağlığı verib.