İtaliyada uşaqları cinsi istismar edən katolik keşişi həbs edildibackend

İtaliyada uşaqları cinsi istismar edən katolik keşişi həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliya məhkəməsi katolik keşiş Cüzeppe Ruqolonu uşaqlara qarşı cinsi zorakılıqda təqsirli bilib, 4,5 il müddətinə azadlıqdan məhrum edib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

İtaliyanın ANSA agentliyinin xəbərinə görə, Siciliya adasındakı Enna şəhərinin məhkəməsi katolik keşiş Don Cüzeppe Ruqolonu uşaqlara qarşı ciddi cinsi istismarda günahkar bilib.

Məhkəmə, 2009-2013-cü illərdə Ruqolonun təcavüzünə məruz qalmasından şikayətlənən hazırda 30 yaşında olan Antonio Messina ilə başlayan məhkəmə prosesində dünən qərarını açıqlayıb.

Məhkəmə keşiş Ruqolonu “uşaqlara qarşı ağır cinsi zorakılıq cinayəti”nə görə 4,5 il həbs və 5 il dövlət vəzifəsində işləməyə qadağa qoyub.

Ruqolonun cəzalandırılması ilə nəticələnən məhkəmə prosesini başlatan Messina, 2020-ci ildə katoliklərin ruhani lideri Papa Fransiskə məktub yazaraq, təzyiqləri bildirərək ədalət istəyib, sonra bunu təhlükəsizlik qüvvələrinə çatdırıb.

Keşiş Ruqolo 2021-ci ildə ona qarşı irəli sürülən ittihama görə əvvəlcə saxlanılıb, sonra isə ev dustaqlığına buraxılıb.