İtaliyanın baş naziri Giorgia Meloni sevgilisi və qızının atası Andrea Giambrunodan ayrıldığını açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
46 yaşlı Meloni bildirib: “Andrea Giambruno (42) ilə 10 ilə yaxındır davam edən münasibətim burada bitir. Birlikdə keçirdiyimiz gözəl illərə, keçdiyimiz çətinliklərə və mənə həyatımdakı ən vacib şeyi, qızımız Ginevranı hədiyyə etdiyinə görə ona təşəkkür edirəm. Bir müddətdir ki, yollarımız ayrıdır, bunu qəbul etməyin vaxtıdır”.
Meloni ayrılmaq qərarını televiziya proqramının aparıcısı olan sevgilisi Giambrunonun qadın həmkarlarına ünvanladığı bəzi cinsiyyətçi ifadələrin video və audio yazılarının mətbuatda dərc olunmasından sonra verib.
Giambrunonun qadın həmkarlarına ünvanladığı nalayiq və jarqon sözləri ictimaiyyətin reaksiyasına səbəb olub.
İtaliya mətbuatı Mediaset kanalında Giambruno ilə bağlı yazıların yayımlanmasında iki kritik elementə diqqət çəkib. Bunlardan birincisi Andrea Giambruno-nun artıq eyni kanalda proqramlar hazırlaması, digəri isə Mediaset kanalının Meloninin sağçılardakı iqtidar ortağı Forza Italia partiyasının lideri Silvio Berluskoniyə məxsus olması ilə diqqəti cəlb edib.