İtkin düşən 11 yaşlı qızın meyiti TAPILDI: Krasnodarda DƏHŞƏTLİ QƏTLbackend

İtkin düşən 11 yaşlı qızın meyiti TAPILDI: Krasnodarda DƏHŞƏTLİ QƏTL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kubanda itkin düşən 11 yaşlı məktəbli qız öldürülüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Krasnodar diyarı üzrə İstintaq İdarəsi məlumat yayıb.

Rusiya Federasiyasının Krasnodar diyarında (Kubanda) rəfiqələri ilə gəzintiyə çıxdıqdan sonra itkin düşən məktəbli qızın qətlə yetirildiyi məlum olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Məlumata görə, 11 yaşlı qızın qətlində təqsirləndirilən şəxs istintaq zamanı dindirilərkən törətdiyi əməli tam etiraf edərək günahını boynuna alıb.

Hazırda hadisənin bütün təfərrüatlarının aydınlaşdırılması istiqamətində istintaq hərəkətləri davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az