İtkin düşmüş halları araşdıran dalğıclar gölün dibində 32 avtomobil tapıblarbackend

İtkin düşmüş halları araşdıran dalğıclar gölün dibində 32 avtomobil tapıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Florida ştatında itkin düşmüş halları araşdıran xüsusi dalğıc qrupu skan etdikləri Doral gölünün dibində 32 avtomobil tapıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Xəbərdarlıq əsasında hərəkətə keçən polis və yanğınsöndürmə qrupları indiyədək 4 avtomobili göldən çıxarıb, 2 avtomobilin oğurladığı aşkarlanıb.

ABŞ-ın Florida ştatındakı Doral gölünə girən dalğıc qrupu, itkin çanta ilə ipuçlarını tutmağa çalışarkən bir avtomobil qəbiristanlığı aşkarlayıb.

Gölün dibində 32 avtomobil olduğunu müəyyən edən dalğıclar polisə xəbər veriblər. Bölgəyə gələn polis qrupu yanğınsöndürənlərlə birlikdə maşınların göldən çıxarılması üçün işlərə başlayıb.

İndiyədək 4 texnika kranların köməyi ilə göldən çıxarılıb. Mayami-Dade polisinin sözçüsü Alvaro Zabaleta göldən çıxarılan ilk avtomobilin 2002-ci il model olduğunu və oğurlandığının müəyyən edildiyini açıqlayıb.

Doral polis rəisi Edvin Lopez deyib: “Göldən çıxarılan ilk avtomobil 2002-ci ildə, ikinci avtomobil isə 90-cı illərin sonunda oğurlanıb. Biz bu vasitələrin hər hansı cinayətlə əlaqəsi ola biləcəyini və bizim Dedektiflər buna hazırdırlar”.