Kahramanmaraşda dağıntılar altında qalan operatorun meyiti tapılıbbackend

Kahramanmaraşda dağıntılar altında qalan operatorun meyiti tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə Kahramanmaraşın Dulkadiroğlu səmtində böyük ziyan dəymiş bina söküntü zamanı iş maşınının üzərinə çöküb. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. Dağıntılar altında qalan iş maşınının operatoru həyatını itirib. Doğukent rayonunda ağır zədələnmiş 7 mərtəbəli bina nəzarətli söküntü işləri zamanı iş maşınının üzərinə çöküb.

Hadisə yerinə xilasetmə, təhlükəsizlik qüvvələri və təcili yardım briqadası cəlb olunub.

Dağıntılar altında qalan inşaat texnikasının operatoru Muhammet Gökün (28) xilas edilməsi üçün qruplar tərəfindən axtarış-xilasetmə əməliyyatına başlanılıb.

Təxminən 3 saatlıq işdən sonra Gökün cansız bədəni dağıntılar altından çıxarılıb.

Gökün cəsədi yarılma üçün Kahramanmaraş Sütçü İmam Universiteti Sağlamlıq Tətbiq və Araşdırma Xəstəxanasının meyitxanasına aparılıb.