Kamçatkada vulkan oyanıb, kül 11 kilometr hündürlüyə qalxıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Bildirilir ki, Ust-Kamçatsk qəsəbəsinə kül yağıb, sakinlərə qoruyucu maskalar paylanır.
Məlumata əsasən, Kamçatkada yerləşən Bezimyannı vulkanı aktivləşərək dəniz səviyyəsindən 11,4 kilometr hündürlüyə kül sütunu püskürüb.
Bildirilir ki, yaxınlıqdakı Ust-Kamçatsk qəsəbəsində kül yağışı qeydə alınıb. Yaranmış vəziyyətlə əlaqədar yerli sakinlərə qoruyucu maskalar verilir.
Alimlərin proqnozlarına görə, vulkanın aktivliyi daha da güclənəcək.
Xuraman Etibarlı
İnterpress.az






