Kanadada arı xəbərdarlığı: 5 milyon arı ətrafa səpələnibbackend

Kanadada arı xəbərdarlığı: 5 milyon arı ətrafa səpələnib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Torontonun qərbində yük maşınından düşən arı yeşiklərindən çıxan arılar panikaya səbəb olub.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

5 milyon arının səpələndiyi üçün piyadalara və sürücülərə xəbərdarlıq edilib.

Halton rayon polisinə pətəklərin Burlinqton bölgəsində yük maşınından düşdüyü barədə məlumat verilib.

Polis piyadaları ərazidən uzaq durmağa, sürücülərə isə avtomobillərinin şüşələrini bağlamaq barədə xəbərdarlıq edib.

Sonra hadisə yerinə 6-7 arıçı gələrək arıların yığılmasına köməklik edib.

Arıların çoxunun toplandığı açıqlanıb.