Kanadada indiyədək ən böyük yanğında təxminən 13,4 milyon hektar ərazi yanıbbackend

Kanadada indiyədək ən böyük yanğında təxminən 13,4 milyon hektar ərazi yanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadada davam edən və ölkə tarixində ən böyük yanğın olaraq qeyd edilən meşə yanğınlarında təxminən 13,4 milyon hektar ərazinin yandığı bildirilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Kanada Təbii Sərvətlər Nazirliyinin Şimal Meşə Mərkəzinin baş meneceri Maykl Norton yanğın mövsümünün davam etdiyinə diqqət çəkib.

Norton xəbərdarlıq edib ki, gələcək həftələrdə yanğınlarda əhəmiyyətli artım ola bilər.

Ölkə tarixinin ən böyük yanğını olaraq qeyd olunan yanğınlarda indiyədək təxminən 5500 yanğın baş verib.

Sözügedən yanğınlarda təxminən 13,4 milyon hektar meşə sahəsi məhv olub.

Səlahiyyətlilər bildiriblər ki, ölkədə 167 mindən çox insan yanğınlar səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.

Kanadada əvvəlki ən böyük meşə yanğınları 1989-cu ilin aprel-sentyabr aylarında meşə yanğınları mövsümündə baş vermiş, təxminən 7,6 milyon hektar meşə yanıb.