Kanadada sərnişin təyyarəsi qəzaya uğrayıb: 6 nəfər ölübbackend

Kanadada sərnişin təyyarəsi qəzaya uğrayıb: 6 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadanın Kalqari şəhərinin qərbində dağlıq ərazidə yerləşən Kananaskisdə 6 nəfərin olduğu tək mühərrikli Piper PA-32 qəzaya uğrayıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Təyyarədə aralarında pilot da daxil olmaqla 6 nəfərin öldüyü bildirilib.

Yerli vaxtla saat 21:30 radələrində təyyarə ilə əlaqənin tamamilə kəsildiyi və təyyarənin gecikdiyi bildirilib, sonra Kanada Kral Hərbi Hava Qüvvələri (RCAF) tərəfindən axtarışa başlanıldığını qeyd edilib.

Axtarış işləri nəticəsində təyyarənin qalıqları tapılıb və 6 nəfərin cəsədi aşkar olunub.