Kanada Rusiyanın hərbi-sənaye sektoru, eləcə də maliyyə və nüvə sektoru ilə birbaşa əlaqəsi olan 4 nəfər və 29 təşkilata qarşı əlavə sanksiyaların tətbiq ediləcəyini açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Kanada hökuməti tərəfindən edilən açıqlamada, sanksiyaların Rusiyaya qarşı Xüsusi İqtisadi Tədbirlər Proqramının bir hissəsi olduğu və “Rusiyanın Ukraynaya geniş miqyaslı işğalında tərəfdaş olanları hədəf aldığı” bildirilib.
Rusiyanın hərbi-sənaye, maliyyə və nüvə sektoru ilə birbaşa əlaqəsi olan 4 nəfər və 29 təşkilata qarşı əlavə sanksiyaların tətbiq ediləcəyi vurğulanıb.
Sanksiyaya məruz qalanlar arasında “Rusiya Silahlı Qüvvələrinin polkovniki, 53-cü zenit-raket briqadasının komandirinin 17 iyul 2014-cü il tarixində Ukraynanın şərqi üzərində uçarkən Malayziya Hava Yollarına məxsus MH17 təyyarəsinin vurulmasında əlaqəsi olduğu” açıqlanıb.
Qeyd olunur ki, sanksiyaya məruz qalan şirkətlər həm mülki, həm də hərbi təyinatlı istifadə üçün aviasiya, dəniz və xüsusi nüvə texnikası kimi məhsullar hazırlayırlar ki, bu şirkətlər arasında Rusiyanın “Vaqner” özəl mühafizə şirkəti tərəfindən istifadə edilən silahları istehsal edən “Promtexnologiya MMC” Rusiyanın böyük -Ukraynanın miqyaslı işğalı” adlı bir şirkətin olduğu vurğulanıb.
Rusiya Dövlət Nüvə Enerjisi Korporasiyası “Rosatom”un törəmə şirkətləri, o cümlədən Rusiyanın nüvə silahı sənayesinin bir hissəsi olan şirkətlər və Rusiya nüvə texnologiyasını xaricə satan ixrac agentliyinin də sanksiyalar çərçivəsində olduğu paylaşılıb.
Bildirilib ki, nüvə silahı sektorunda fəaliyyət göstərən şirkətlərə qarşı sanksiyalar Rusiyanın bu sektordakı “ehtiyatsızlığını” məhdudlaşdırmaq və Beynəlxalq Atom Enerjisi Agentliyinin Rusiyanı beynəlxalq standartlara cavab vermədiyinə görə məsuliyyətə cəlb etmək səylərinə töhfə vermək məqsədi daşıyır.
Bildirilib ki, daha əvvəl G-7 müttəfiqləri tərəfindən sanksiyaya məruz qalan və “Putin rejimi” ilə birbaşa əlaqəsi olan maliyyə qurumları və dövlət şirkətləri ilə əlaqəsi olan şəxslər də sanksiya siyahısındadır.