Kanadanın keçmiş kilsə məktəbində 93 uşaq məzarı tapılıbbackend

Kanadanın keçmiş kilsə məktəbində 93 uşaq məzarı tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadanın keçmiş kilsə məktəbində 14-ü körpə olmaqla 93 uşaq məzarı tapılıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Kanadanın şimalındakı Saskaçevan əyalətindəki keçmiş kilsə internat məktəbində 93 uşaq məzarı müəyyən edilib ki, onlardan 14-ü körpədir.

English River First Nation Yerli Bölgəsinin rəhbəri Jenny Wolverine dünən mediaya bildirib ki, 1860-cı ildə inşa edilmiş Beauval Yerli Amerika Yaşayış Məktəbində radarın skan edilməsi nəticəsində uşaqlara aid olduğu düşünülən 93 məzar müəyyən edilib, onlardan 14-ü körpələrə aid ola bilər.

O, daha bir neçə məzarın aşkarlanmasını istisna etməyib, bundan narahat olduqlarını və çatdıqları dəfn yerlərinin ürək parçalayıcı və dağıdıcı olduğunu söyləyib.

Wolverine qeyd eddi ki, məktəb bağlansa da, mədəniyyət, dil və həyat itkisi ilə təsirləri hələ də davam edir.

16 icmanın bundan təsirləndiyinə diqqət çəkən Wolverine Saskaçevan əyalətini bu səyləri dəstəkləməyə çağırıb.