Karagözlerdə 3 qayıq KÜLƏ DÖNDÜ – VİDEObackend

Karagözlerdə 3 qayıq KÜLƏ DÖNDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fethiyənin Karagözlər qəsəbəsində yaxtada yanğın olub.

İnterpress.az xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb. Məlumata görə, Muğlanın Fethiye rayonunda Karagözlər Məhəlləsi sahilində bir qayıqda yanğın baş verib və yanğın qısa zamanda yanındakı iki qayığa keçərək 3 qayığı yararsız hala salıb.

Qaragözlər məhəlləsində sahilə bağlanmış qayıqda naməlum səbəbdən yanğın baş verib və alov qısa zamanda qayığın yanındakı digər iki qayığa keçib.

Xəbər üzərinə bölgəyə çox sayda yanğınsöndürmə qrupu sövq edilib. Sahil Təhlükəsizlik Ümumi Müdirliyi və Sahil Təhlükəsizlik qrupları yanğına dənizdən müdaxilə etməyə başlayıb.

Ekipajlar yanğını nəzarət altına almaq üçün işlərini davam etdirir.

Xuraman Etibarlı

İnterpress.az