Kassem Netanyahunu Hizbullah lideri kimi ilk bəyanatında təhdid edib.
İnterpress.az xəbər verir ki, bu barədə Hizbullahın yeni baş katibi Naim Kassem təyin olunduqdan sonra ilk çıxışında bildirib.
Kassem deyib ki, onun iş planı öldürülmüş Həsən Nəsrullahın iş planıdır.
O, həmçinin deyib ki, “İran bizi dəstəkləyir, bizdən heç nə istəmir və bizə dəstək olmaq istəyən hər bir ərəb və islam ölkəsini alqışlayırıq”.
Bundan əlavə, Kassem Netanyahuya qarşı birbaşa təhdidlər səsləndirərək, İsrailin baş nazirinin “çıxışlarından birində” ölə biləcəyini söyləyib.
Xuraman Etibarlı
İnterpress.az