Kassirlə mübahisə faciə ilə BİTDİ – Mühafizəçilər kişini ÖLDÜRDÜbackend

Kassirlə mübahisə faciə ilə BİTDİ – Mühafizəçilər kişini ÖLDÜRDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada mühafizəçilər müştərini döyərək öldürüb polisə təhvil veriblər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Yekaterinburqda kassirə görə 33 yaşlı kişiyə vəhşicəsinə divan tutulub.

Hadisəyə səbəb 33 yaşlı Nikolayın mağaza kassasında qadın satıcı ilə mübahisə etməsi olub. Qadın kömək çağırdıqdan sonra hadisə yerinə dörd mühafizəçi gəlib.

Onlar kişiyə hücum edərək onun qabırğalarını və boyun fəqərələrini sındırıblar.

Məlumata görə, mühafizəçilər zərərçəkəni küncə sıxışdıraraq zərbələr endirməyə davam ediblər.

Nikolay huşunu itirsə də, heç kim təcili yardım çağırmayıb. Daha sonra onlar kişinin cansız bədənini polis bölməsinə gətiriblər.

Mərhumun bacısı bildirib ki, ölümcül döyülmə anını əks etdirən video mövcuddur.

Görüntülərdə cinayətdə dörd nəfərin iştirak etdiyi aydın görünsə də, iş üzrə hələlik yalnız bir nəfər təqsirləndirilir.

Qohumlar xırda bir münaqişənin bu cür qəddarlıqla nəticələnməsini anlaya bilmirlər.

Öldürülən şəxsin 9 yaşlı qızı yetim qalıb.

Xuraman Etibarlı

İnterpress.az