Sinqapurlu kazinoda 3 milyon dollar qazandıqdan sonra ölüb.
interpress.az xəbər verir ki, bu barədə “Lokmat Times” məlumat yayıb.
Sinqapurda Marina Bay Sands kazinosunda faciəli hadisə baş verib. Bir nəfər 4 milyon Sinqapur dolları (təxminən 3 milyon dollar) udduqdan sonra qəfil dünyasını dəyişib.
İnternetdə bir kişinin kart oyunu stolunun yanında yerdə uzandığı və müəssisənin əməkdaşlarının ona ilk tibbi yardım göstərməyə çalışdığı video yayılıb.
Bir qadın oyunçunun yanında dayanır və yüksək səslə qışqırır, ehtimal ki, mərhumun arvadıdır.
Nəşrin yazdığına görə, gözlənilməz qələbədən sonra həmin adamın ürəyi dayanıb.
“Hadisə şanslı qalibin cekpotu vurduğu kazinoda şən ab-hava fonunda baş verib. Şahidlər eyforiya səhnələrini təsvir ediblər ki, həmin adam bayram şənliklərinin ortasında yıxılanda çaxnaşm yaranıb”, – qəzet yazır.
Hadisə yerinə gələn kazino əməkdaşları və xilasedicilər kişini reanimasiya etməyə çalışsalar da, onu xilas edə bilməyiblər.
Xuraman Etibarlı
İnterpress.az