ABŞ-də keçmiş keşiş kilsə və anasının yüz minlərlə dollarını mənimsəməkdə ittiham olunur.
İnterpress.az xəbər verir ki, bu barədə Pensilvaniya ştatının prokurorluğu məlumat yayıb.
Ukrayna əsilli keçmiş katolik keşiş Qreqori Madea kilsə icmasının və öz anasının pulları da daxil olmaqla, ümumilikdə 750 min dollara (təxminən 1 milyon 275 min manat) yaxın vəsaiti mənimsəməkdə ittiham olunur.
İstintaqa görə, Madea Mak-Kisport şəhərindəki Vəftizçi Müqəddəs İohann kilsəsinin vəsaitlərindən təxminən 320 min dollar (təxminən 544 min manat) götürüb.
Bu vəsaitə ianələr, dini mərasimlər zamanı toplanan pullar və icarə ödənişləri daxil olub.
Prokurorluq daha 230 min dolların (təxminən 391 min manat) qayğıya ehtiyacı olan anasından oğurlandığını bildirir. Qadın ödənilməmiş borclar səbəbindən qocalar evindən çıxarılıb.
Keşiş həmçinin oğurladığı qızıl kilsə qədəhini təxminən 20 min dollara (təxminən 34 min manat) satmaqda ittiham olunur.
Bundan əlavə, Madeanın 35 min dollardan (təxminən 60 min manat) çox vəsaiti Ford Mustang avtomobilinə xərclədiyi və avtomobili həmin vaxt yaşadığı evin qonşusuna hədiyyə etdiyi bildirilir.
Pensilvaniya Baş prokuroru Deyv Sandei onun parishionerlərin və öz anasının etimadından sui-istifadə etdiyini deyib.
Xuraman Etibarlı
İnterpress.az






